Sabiq Müsavat üzvünün partiyanın qərargahı qarşısına təyin etdiyi piket təxirə salınıb

Sabiq Müsavat üzvünün partiyanın qərargahı qarşısına təyin etdiyi piket təxirə salınıb
# 15 noyabr 2014 08:07 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Müsavat Partiyasının qərargahı qarşısında keçirilməsi nəzərdə tutulan etiraz piketi təxirə salınıb.

Bu barədə APA-ya Müsavat Partiyasından çıxarılan Kamil Xəlilbəyli məlumat verib.

O qeyd edib ki, partiya rəhbərliyinin apardığı repressiyalara etiraz olaraq keçiriləcək piket Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünalın tələbi ilə təxirə salınıb: “Cəmil Ünal piketi keçirməməklə bağlı mənə müraciət etdi, biz də bunu nəzərə aldıq. Ancaq piket haqqında qərar başqanlığa sabiq namizəd Qubad İbadoğlunun gələn həftə keçirəcəyi mətbuat konfransında açıqlana bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR