Teymur Rəcəbov Dünya İntellektual Oyunlarında ilk medalını qazanıb

Teymur Rəcəbov Dünya İntellektual Oyunlarında ilk medalını qazanıb
# 15 dekabr 2014 11:23 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisi Çinin paytaxtı Pekində “SportAccord” Dünya İntellektual Oyunlarında ilk medalını qazanıb. Apasport.az saytının məlumatına görə, komandamızın bu uğuruna Teymur Rəcəbov imza atıb.

Belə ki, son yarışlarda ciddi nailiyyət əldə edə bilməyən qrossmeysterimiz blits turniri 3-cü yerdə başa vurub. 30 oyundan 18 xal toplayan həmyerlimiz çempion olan Aleksandr Qrişukdan (Rusiya) 1,5 xal geri qalib. İkinci yeri 18,5 xalla fransalı Maksim Vaşye-Laqrav tutub.

Turnirdə digər təmsilçimiz – Şəhriyar Məmmədyarov isə 6-cı pillədə qərarlaşıb. O, Rəcəbovdan 1 xal az yığıb.

Qeyd edək ki, Teymurun qazandığı bürünc medal sayəsində Azərbaycan komanda hesabında 11-13-cü yerə şərik olub. Millimiz kimi Belarus və Monakonun da aktivində 1 “üçüncülük” var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR