Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dünya bazarında neftin qiyməti müxtəlif istiqamətdə dəyişib.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,04 dollar azalaraq 44,76 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,08 dollar artaraq 46,28 dollar olub.