Hacıqabulda 32 yaşlı şəxs Kür çayında batıb

Hacıqabulda 32 yaşlı şəxs Kür çayında batıb
# 22 iyul 2014 14:03 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün 16.30 radələrində

Kür çayının Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kürdə dostları ilə çimən 32 yaşlı Şirvan şəhər sakini Şirinov Əlvan Mehman oğlu çayın bir sahilindən digər tərəfə keçərkən batıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Xidmətinin əməkdaşları meyitin axtarışlarını aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR