Gəncədə yaşayış evində yanğın olub, 3 nəfər xəsarət alıb - VİDEO

Gəncədə yaşayış evində yanğın olub, 3 nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 26 iyul 2014 22:58 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yanğın Mirəli Qaşqay küçəsi, 5 ünvanında yerləşən birmərtəbəli yaşayış evində baş verib.

Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları yanğının qarşını alıb.

Yanğın zamanı 3 nəfər: 1976-cı il təvəllüdlü Ələkbərova Aynurə Məmməd qızı və onun övladları, 2006-cı il təvəllüdlü Rzayeva Fatimə Rövşən qızı və 2002-ci il təvəllüdlü Rzayev Firdovsi Rövşən oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR