Xaçmazda Azərbaycanda sərhəd mühafizəsinin 95 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTO

Xaçmazda Azərbaycanda sərhəd mühafizəsinin 95 illik yubileyinə həsr olunan tədbir keçirilib - <span style="color: red;">FOTO
# 14 avqust 2014 12:41 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Avqustun 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) Xudatda yerləşən “N” saylı hərbi hissəsinin təşkilatçılığı ilə Xaçmazda Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 95 illik yubileyinə həsr olunan tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə Xaçmaz, Qusar, Quba rayonlarının icra strukturlarının rəhbər şəxsləri, hüquq-mühafizə orqanları əməkdaşları, ziyalılar, sərhədyanı yaşayış məntəqələrinin sakinləri və sərhədçilər iştirak edib.

Mərasimdə çıxış edənlər sərhədlərin mühafizəsinə göstərilən diqqət və qayğıdan, Dövlət Sərhəd Xidmətində gedən dinamik inkişafdan, əldə olunmuş uğurlardan danışılıb.

Tədbirdə xidmət zamanı fərqlənən sərhədçilərlə yanaşı, sərhədlərin mühafizəsində yaxından iştirak etmiş sərhədyanı kəndlərin sakinləri və ictimaiyyət nümayəndələri də mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR