Xaçmazda 24 yaşlı qadın xəstəxanada ölüb

Xaçmazda 24 yaşlı qadın xəstəxanada ölüb
# 03 iyul 2014 15:12 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə bu gün qeydə alınıb. Allergiya xəstəsi olan Yeni Həyat kənd sakini, 24 yaşlı Sevinc Seyfulla qızı Mövludova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, xəstəxanada xəstəyə vəziyyətini yaxşılaşdırmaq üçün iynə vurulub. Bundan sonra Sevinc Mövludovanın vəziyyəti daha da ağırlaşıb və onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı ekspertiza təyin olunub və Xaçmaz rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR