Təhsil Nazirliyi ali məktəblərin mətbuat katibləri üçün təlimlər təşkil edəcək

Təhsil Nazirliyi ali məktəblərin mətbuat katibləri üçün təlimlər təşkil edəcək
# 22 dekabr 2014 08:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Gələn ildən başlayaraq Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları üçün təlimlər keçiriləcək.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin QHT və KİV-lə İş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, təlimlərdə fotodan, müxtəlif hadisələrin idarə olunmasından tutmuş press-relizlərin yazılmasına kimi bütün məsələlərlə bağlı təhsil qurumlarında, universitetlərdə olan media əməkdaşlarının təcrübəsi təkmilləşdiriləcək.

Onun sözlərinə görə, təlimlər həm yerli, həm də beynəlxalq səviyyədə təşkil olunacaq.

Hazırda ali məktəblərin media qurumlarının rəhbərlərinin dünyanın müxtəlif ölkələrinin təlim mərkəzlərinə göndərilməsi ilə bağlı müzakirələr aparılır.

C. Valehov qeyd edib ki, gələn ilin əvvəllərində nazirliyin veb-saytı yeni dizaynda istifadəçilərin ixtiyarına veriləcək. Hazırda bu istiqamətdə iş gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR