Paris yaxınlığında terrorçularla polis arasında atışma zamanı yerli sakin ölüb

Paris yaxınlığında terrorçularla polis arasında atışma zamanı yerli sakin ölüb
# 18 noyabr 2015 11:36 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bu gün Paris şəhəri yaxınlığındakı Sen-Deni bölgəsində polislə terrorçular arasında baş verən atışma zamanı adi vətəndaş həyatını itirib.

APA-nın məlumatına görə, bu barədə “Le Figaro” məlumat yayıb. Vətəndaşın ölümünü polis də təsdiqləyib. Xüsusi əməliyyat bir neçə saat davam edib. Mühasirəyə alınmış terrorçuların 13 noyabr tarixində Parisdə baş verən terror aktı ilə əlaqələrinin olması ehtimal edilir.

Polis artıq 5 nəfəri saxlayıb. Minimum 2 nəfər, o cümlədən özünü partladan terrorçu qadın ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR