BMT-nin İctimai İnformasiya Departamentinin rəhbəri AzərTAc-da görüş keçirib

BMT-nin İctimai İnformasiya Departamentinin rəhbəri AzərTAc-da görüş keçirib
# 29 oktyabr 2014 18:58 (UTC +04:00)

Bakı-APA. BMT-nin İctimai İnformasiya Departamentinin rəhbəri Mahir Nasir Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olub.

APA-nın məlumatına görə, görüşdə “AzərTAc”ın baş direktoru Aslan Aslanov AzərTAc-ın keçdiyi inkişaf yolu və beynəlxalq əlaqələri barədə məlumat verib.

A. Aslanov “AzərTAc”ın Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA), Avropa Xəbər Agentlikləri Alyansının (EANA), Xəbər Agentliklərinin Dünya Konqresinin və digər nüfuzlu birliklərin fəal iştirakçısı olduğunu qeyd edib.

Baş direktor deyib ki, OANA-nın XVI Baş Assambleyası və Dünya Xəbər Agentliklərinin V Konqresi 2016-cı ildə Bakıda eyni vaxtda keçiriləcəyini, 2019-cu ilədək bu qurumlara “AzərTAc”ın sədrlik edəcəyini deyib.

Baş direktor rəhbərlik etdiyi agentliyin sosial medianın imkanlarından geniş istifadə etdiyini də diqqətə çatdırıb.

Azərbaycanda gedən sürətli inkişafdan məmnunluğunu ifadə edən Mahir Nasir Bakıya Gənclər siyasəti üzrə birinci qlobal forumda iştirak etmək məqsədilə gəldiyini, Azərbaycan hökumətinin qlobal gәnclәr siyasətini daim dəstəkləməsinin sevindirici hal olduğunu deyib.

O, BMT-nin İctimai İnformasiya Departamentinin Bakı ofisinin fəaliyyətinin canlandırılması üçün AzərTAc ilə əməkdaşlığın daha da möhkəmləndirilməsinin zəruriliyindən də bəhs edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR