Ukraynada güc strukturları daha bir yaşayış məntəqəsini azad ediblər

Ukraynada güc strukturları daha bir yaşayış məntəqəsini azad ediblər
# 07 iyul 2014 20:06 (UTC +04:00)

Bakı – APA. Ukraynada güc strukturları Donetsk vilayətinin Semyonovka yaşayış məntəqəsini separatçılardan azad ediblər.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, “İnformasiya Müqaviməti” qrupunun nümayəndəsi Dmitri Tımçuk özünün “Facebook” səhifəsində yazıb.

“Semyonovka tam nəzarət altındadır. Antiterror əməliyyatı qüvvələri yaşayış məntəqəsində müvafiq tədbirlər görməkdədir” – D.Tımçuk bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR