Rusiya FHN: Moskva metrosunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 21-ə çatıb, 136 nəfər xəstəxanaya yerləşdirilib - FOTO

Rusiya FHN: Moskva metrosunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 21-ə çatıb, 136 nəfər xəstəxanaya yerləşdirilib - <span style="color: red;">FOTO
# 15 iyul 2014 17:45 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, səhər saatlarında baş verən qəza nəticəsində yaralanan 136 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan 42 nəfərinin vəziyyətinin ağır olduğu bildirilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva bölməsinin rəisi müavini Yuri Akimov jurnalistlərə açıqlamasında xilasetmə işlərinin davam etdiyini söyləyib: "Hazırda iki yaralı hadisənin baş verdiyi yerdə qalıb. Xilasedicilər onları vaqondan çıxarmağa çalışırlar".

Qeyd edək ki, bu gün səhər saatlarında paytaxt meropoliteninin "Park Pobeda" və "Slavyanskiy bulvar" stansiyaları arasında metronun üç vaqonu relsdən çıxıb. Son məlumatlara görə, hadisə nəticəsində 21 nəfər ölüb, 130-dan çox yaralı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR