Nazir müavini Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Şahin Sultanovun həbsinə münasibət bildirib

Nazir müavini Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı Şahin Sultanovun həbsinə münasibət bildirib
# 18 iyul 2014 16:13 (UTC +04:00)

Bakı - APA. Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun və digər yüksək rütbəli zabitlərin həbsinə münasibət bildirib.

APA-nın məlumatına görə, K. Vəliyev bu gün bir qrup KİV rəhbəri ilə görüşdə qeyd edib ki, cinayət işi Hərbi Prokurorluq tərəfindən qaldırılıb, ittiham məhz bu orqan tərəfindən irəli sürülüb.

“Odur ki, yüksək rütbəli zabitlərin həbsi barədə suallar Hərbi Prokurorluğa ünvanlanmalıdır. Müdafiə Nazirliyindən bununla bağlı açıqlama tələb etmək düzgün deyil”, - deyə general-leytenant qeyd edib.

O, keçmiş korpus komandiri Mahmud Həmzəyev barəsində cinayət işinin başlanması və həbs olunması barədə məlumatlara MN-in münasibət bildirməməsi məsələsinə də toxunub.

K. Vəliyev bildirib ki, M. Həmzəyev hazırda təqaüddədir, onun MN-ə heç bir aidiyyəti yoxdur: “Mahmud Həmzəyev hörmətli generallarımızdandır, hazırda təqaüddədir, Müdafiə Nazirliyinə də heç bir bağlılığı yoxdur. Bundan başqa, özü barəsində yayılan xəbərlərə aydınlıq gətirib, təkzib edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR