Suriyada “İslam İttifaqı” hərəkatının silahlılarının sayı 50 min nəfəri keçib

Suriyada “İslam İttifaqı” hərəkatının silahlılarının sayı 50 min nəfəri keçib
# 19 avqust 2014 23:30 (UTC +04:00)

Bakı-APA. Suriyada “İslam İttifaqı” qruplaşmasının silahlılarının sayı son iki ayda xeyli artaraq 50 min nəfəri keçib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, terrorçuların sayı silahlı müxalifətin digər radikal qruplaşmalarının üzvlərinin axını hesabına xeyli artıb.

İyulda “İslam İttifaqı” qruplaşmasına 6300 nəfər qoşulub. Bunların 80 faizi suriyalı, qalanları isə - əcnəbi muzdlulardır. Bundan başqa, təşkilat aktiv şəkildə 4 ildir davam edən münaqişəyə görə işsizlikdən əziyyət çəkən gəncləri öz sıralarına cəlb edir.

Nəşrin məlumatına görə, yerli əhali arasında dəstək qazanmaq məqsədilə “İslam İttifaqı” nəzarət etdikləri şəhərlərin təsərrüfat həyatını, dağılmış infrastrukturu bərpa etməyə çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR