“Azerspace-1” üzərindən beş yeni türk kanalının yayımına başlanıb

“Azerspace-1” üzərindən beş yeni türk kanalının yayımına başlanıb
# 19 sentyabr 2014 07:46 (UTC +04:00)

Bakı. Aynur Əliyeva-APA-Economics. Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ölkənin ilk telekommunikasiya peyki “Azerspace-1” üzərindən yeni türk kanallarının yayımına başlayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hazırda “Azerspace-1” üzərindən 11046-H (EU) tezliyində Türkiyənin “Kanal D”, “Star TV”, “TV 8”, “ATV”, “Show TV” kanalları yayımlanır.

Qeyd edək ki, hazırda “Azerspace-1” üzərindən yerli “Azərkosmos” və “Teleradio” yayım paketləri ilə yanaşı, “İveriaSat”, “UKRKOSMOS”, “Əfqan”, “USA” yayım paketləri vasitəsi ilə 126 kanal yayımlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR