Sabah Azərbaycan ərazisində yağmurlu hava şəraiti müşahidə olunacaq

Sabah Azərbaycan ərazisində yağmurlu hava şəraiti müşahidə olunacaq
# 21 sentyabr 2014 19:25 (UTC +04:00)

Bakı-APA. Sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperatur gecə 17-20, gündüz 20-27, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR