Böyük Britaniya Liberal Demokratlarının aparıcı senatoru “Many Happy Returns” kampaniyasını dəstəkləyir

 Böyük Britaniya Liberal Demokratlarının aparıcı senatoru “Many Happy Returns” kampaniyasını dəstəkləyir
# 22 sentyabr 2014 11:47 (UTC +04:00)

Bakı – APA. Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü baronessa Manzur “Many Happy Returns” (MHR) kampaniyasına öz dəstəyini www.manyhappyreturnsidp.com vasitəsilə bəyan edib.

Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya verilən məlumata görə, B. Manzur iyirmi ildən artıq ictimai sektorda müxtəlif vəzifələrdə çalışıb və səkkiz ilə yaxın İngiltərə və Uels üzrə Baş İcraçı və Hüquq Xidmətləri Ombudsmanı kimi fəaliyyət göstərib. Bundan əvvəl isə o, İngiltərə və Uels üzrə Milli Səhiyyə Xidməti Siyasəti Şurasının üzvü olub.

Baronessa Manzur hər zaman bərabərliyə əsaslanan cəmiyyətin inkişafına çalışıb və II Elizaveta onun irq və gender (cinsi bərabərlik) diskriminasiyası ilə bağlı mübarizəsini yüksək qiymətləndirərək, 1998-ci ildə onu Britaniya İmperiyasının Ordeni ilə təltif edib.

MHR kampaniyasının diqqət mərkəzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanı olan 1 milyona yaxın azərbaycanlı məcburi köçkün və qaçqınlar durur.

“Azərbaycanlı didərginlərin vəziyyəti ilə bağlı məlumatların tirajlanmasında MHR kampaniyasına uğurlar arzulayıram. Ümid edirəm ki, məcburi köçkün və qaçqınlar tezliklə evlərinə qayıdacaqlar”, - deyə Baronessa Manzur bildirib.

MHR kampaniyasına “Many Happy Returns” adı ingilissayağı təbrik mesajı əsasında verilib. Bu kampaniya həmçinin, Azərbaycanlı məcburi köçkün və qaçqınlarının öz evlərinə dönmək arzusuna istinad edir. İnternet səhifəsində məşhur alman fotoqrafı Filip Ratmer tərəfindən çəkilmiş və Azərbaycanın76 rayonunda yerləşən qaçqın düşərgələrindən yalnız 3-nün məcburi köçkünlərinə aid fotolar yerləşdirilib.

20 il öncə imzalanmış atəşkəs haqqında sazişə və BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçılıq siyasətinə qarşı qəbul etdiyi dörd qətnaməyə baxmayaraq, torpaqları işğal olunanlar hələ də öz doğma torpaqlarına qayıda bilməyirlər.

MHR internet səhifəsi eyni zamanda ictimaiyyətin üzvlərinə, sadəcə 30 saniyə vaxtlarını ayıraraq, BMT Dünya Qaçqınlar Gününün dəyişilərək Dünya Qaçqın və Məcburi Köçkünlər Günü kimi qeyd edilməsi təklifini dəstəkləməyə imkan yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR