ABŞ “İŞİD”in Suriyadakı mövqelərini bombalamağa başlayıb - VİDEO

ABŞ “İŞİD”in Suriyadakı mövqelərini bombalamağa başlayıb - <span style="color: red;">VİDEO
# 23 sentyabr 2014 07:16 (UTC +04:00)

Bakı – APA. ABŞ “İraq Şam İslam Dövləti” (İŞİD) qruplaşmasının Suriya ərazisindəki mövqelərini bombardman edib. APA-nın məlumatına görə, “Fox News” telekanalı Suriya ərazisindəki təxminən 20 obyektə zərbə endirildiyi, əməliyyata Səudiyyə Ərəbistanı, İordaniya, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin dəstək verdiyi barədə xəbər yayıb.

Vaşinqtonda adının çəkilməsini istəməyən mənbələr “İŞİD”in komanda mərkəzləri, təlim düşərgələri və silah anbarlarına zərbələr endirildiyini bildiriblər. Bu məqsədlə “Rockwell B-1” strateji bombardmançı təyyarəsindən, “F 16”, “F 18” təyyarələrindən və “MQ Predator” pilotsuz uçuş aparatından istifadə edilib. Terrorçuların mövqeləri “Tomahawk” raketləri ilə də vurulub. “İŞİD”in əsasən Suriyanın şimalındakı Rakka şəhəri ətrafındakı obyektləri hücuma məruz qalıb.

ABŞ prezidenti Baraka Obamanın əməliyyat barədə rəsmi bəyanatla çıxış edəcəyi gözlənilir.

Xatırladaq ki, daha öncə ABŞ “İŞİD”in İraq ərazisindəki mövqelərini bombardman etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR