Azərbaycanla Macarıstan hava əlaqəsi haqqında Hökumətlərarası Saziş layihəsini razılaşdırıb

Azərbaycanla Macarıstan hava əlaqəsi haqqında Hökumətlərarası Saziş layihəsini razılaşdırıb
# 09 oktyabr 2014 14:36 (UTC +04:00)

Dövlət Mülki Aviasiya Administrasiyasından “APA-Economics”ə verilən məlumata görə, danışıqlar iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclas Protokoluna uyğun olaraq Macarıstan tərəfinin təşəbbüsü ilə təşkil edilib.

Danışıqların gedişində tərəflər Azərbaycanla Macarıstan arasında hava əlaqəsi haqqında Hökumətlərarası Saziş layihəsini razılaşdırıblar. Həmçinin iki ölkənin aviasiya administrasiyalarının nümayəndə heyətləri hava nəqliyyatı sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Azərbaycanın mülki aviasiya nümayəndə heyəti Budapeşt beynəlxalq hava limanının fəaliyyəti ilə də tanış olub.

Danışıqlarda “Azərbaycan Hava Yolları” QSC-nin, “Wizz Air” aviaşirkətinin, Azərbaycanın Macarıstandakı səfirliyinin, eləcə də Macarıstanın Azərbaycandakı səfirliyinin təmsilçiləri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR