Sabah Macarıstanın xarici işlər və ticarət nazirinin Azərbaycana rəsmi səfəri başlayır

Sabah Macarıstanın xarici işlər və ticarət nazirinin Azərbaycana rəsmi səfəri başlayır
# 02 noyabr 2014 09:13 (UTC +04:00)

Bakı-APA. Bu il noyabrın 3-4-də Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycanda rəsmi səfərdə olacaq.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində P. Siyartonun bir çox rəsmi şəxslərlə, həmçinin Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR