“Muğanbank” Ucarda filial açıb

“Muğanbank” Ucarda filial açıb
# 18 noyabr 2014 10:07 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Muğanbank” filial şəbəkəsini genişləndirərək Ucar rayonunda yeni filialını açıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Ucar filialı Ucar rayonu, Oğuz küçəsi 44 ünvanında fəaliyyətə başlayıb.

Filial fiziki və hüquqi şəxslərə xidmət göstərərək, onlara hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və digər bank xidmətləri təklif edir.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hal-hazırda bankın ölkə ərazisində 42 filialı və 7 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), GGF kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR