Göyçayda baş verən avtomobil qəzasında 3 nəfər ağır xəsarət alıb - VİDEO

Göyçayda baş verən avtomobil qəzasında 3 nəfər ağır xəsarət alıb - <span style="color: red;">VİDEO
# 24 noyabr 2014 18:13 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 19:30 radələrində Göyçay şəhərinin Natavan küçəsində qeydə alınıb.

Göyçayın Qızılağac kənd sakini, 1981-ci il təvəllüdlü Xəlilov Şamil Şahin oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik maşını qarşı tərəfdən gələn Ucar rayonu Qaracallı kənd sakini 1964-cü il təvəllüdlü Məmmədov Adət Məhəmməd oğluna məxsus “VAZ 21011” markalı maşınla toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və Adət Məmmədovun həyat yoldaşı 1965-ci il təvəllüdlü Məmmədova Rəqubə Qüdrət qızı ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR