Rusiya, Macarıstan və Serbiya liderləri arasında telefon danışığı olub

Rusiya, Macarıstan və Serbiya liderləri arasında telefon danışığı olub
# 08 dekabr 2014 09:29 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Rusiya prezidenti Vladimir Putin serbiyalı həmkarı Tomislav Nikoliç və Macarıstan baş naziri Viktor Orbanla telefonla danışıb.

APA-nın Kremlin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ölkə liderləri “Cənub axını” layihəsi dayandırıldıqdan sonra enerji sektorunda həyata keçiriləcək layihələrdə birgə fəaliyyət imkanlarını müzakirə ediblər.

Xatırladaq ki, Rusiya “Cənub axını” layihəsini dayandırdıqdan sonra Serbiya və Macarıstan hökumətləri öz narahatlığını ifadə ediblər. Onlar bunu ölkələrinin enerji təhlükəsizliyinə təhdid kimi qiymətləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR