Balakəndə həmkəndlilər arasında baş vermiş münaqişə nəticəsində 2 nəfər bıçaqlanıb - FOTOSESSİYA - VİDEO

Balakəndə həmkəndlilər arasında baş vermiş münaqişə nəticəsində 2 nəfər bıçaqlanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 09 dekabr 2014 19:53 (UTC +04:00)

Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Qullar kəndində qeydə alınıb. Rayonun Qullar kənd sakinləri – 1993-cü il təvəllüdlü Məhəmməd İlham oğlu Xanpəriyev və 1993-cü il təvəllüdlü Adil İlham oğlu İsmayılov bir araya gələrək həmkəndliləri 1991-ci il təvəllüdlü İlham İsak oğlu Xipiyev və İlham Xipiyevin qardaşı oğlu, 1996-cı il təvəllüdlü Elşən Etibar oğlu Xipiyevlə şəxsi münasibətlər zəmnində münaqişə ediblər.

Münaqişə zamanı Məhəmməd Xanpəriyev üzərində gəzdirdiyi bıçaqla İlham Xipiyevi və onun qardaşı oğlu Elşən Xipiyevi vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək yoldaşı Adil İsmayılovla birlikdə hadisə yerindən qaçıblar.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən Məhəmməd Xanpəriyev və hadisənin iştirakçısı Adil İsmayılov saxlanılaraq istintaqa təhvil veriliblər. Bıçaq xəsarəti alanlar İlham Xipiyev və Elşən Xipiyev Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar. Balakən RMX-dan APA-ya bildirilib ki, İlham Xipiyevə bədənin sol sağrı nahiyəsinin kəsilmiş-deşilmiş, Elşən Xipiyevə isə sağ budun yuxarı hissəsinin üçdə birinin kəsilmiş diaqnozu qoyulub. Onların yaraların üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri hazırda orta-stabil hesab olunur.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR