Bu il Azərbaycanda istehlak bazarı 9% artıb

Bu il Azərbaycanda istehlak bazarı 9% artıb
# 18 dekabr 2014 07:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə ölkənin istehlak bazarında satılmış əmtəə və xidmətlərin həcmi 26,1 mlrd. manat olmaqla 2013-cü ilin eyni dövrü ilə müqayisədə 9,0% artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin və pullu xidmətlərin xüsusi çəkiləri müvafiq olaraq 73,7% və 26,3% təşkil edib, ümumi artımın 77,2%-i ticarət fəaliyyətinin hesabına yaranıb.

Bu ilin on bir ayında özəl bölmənin ticarət v ə xidmət fəaliyyəti daha da genişlənib və istehlakçıların alıcılıq tələbatının ödənilməsində önəmli yer tutub. Özəl təsərrüfat subyektlərində satılmış əmtəələrin və göstərilmiş xidmətl ərin ümumi həcmi əvvəlki ilin müvafiq dövrünün səviyyəsini 9,4% üstələyib və istehlak bazarı üzrə real artımın 98,8%-i özəl bölmənin sayəsində təmin edilib.

Hesabat dövründə hər bir istehlakçı orta hesabla ayda 252,3 manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,5 manat çox əmtəə alıb və pullu xidmətl ərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR