ADİU ilə “Bank of Baku” arasında saziş imzalanıb - FOTOSESSİYA

ADİU ilə “Bank of Baku” arasında saziş imzalanıb - <span style="color: red;">FOTOSESSİYA
# 20 noyabr 2014 13:19 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə “Bank of Baku” arasında korporativ görüş keçirilib. ADİU-dan APA-ya verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd ali təhsil müəssisəsi ilə bank arasında ikitərəfli münasibətləri genişləndirmək, tələbə və müəllimlərin bank sektorundakı praktiki biliklərini artırmağa dəstək verməkdir.

Tədbiri giriş sözü ilə açan ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, korporativ sektorla münasibətlərin gücləndirilməsi tələbələrin əmək bazarında layiqli mövqe tutmasına təkan verəcək. Qeyd edib ki, tələbələrin nəzəri biliklərlə yanaşı praktiki bacarıqlara yiyələnməsində bankın dəstəyindən istifadə olunacaq. Belə ki, müəllim və tələbələr praktiki biliklərini bankın potensialı vasitəsilə artıra biləcəklər.

ADİU-da hazırlanan kadrların bazarın tələblərinə tam uyğun yetişdirilməsi məqsədilə bank tərəfindən universitetin bir neçə tələbəsi üçün təqaüd proqramı nəzərdə tutulub. Tələbələrin seçimi universitet ilə bank nümayəndələri tərəfindən aparılacaq. Bankın universitetə verəcəyi növbəti töhfə isə xüsusi auditoriyanın yaradılmasıdır. Auditoriyanın texniki təchizatı və tədris olunan fənlər üzrə kitablar da bank tərəfindən təmin olunacaq.

Vaxtilə ADİU-da təhsil almış "Bank of Baku"nun İdarə Heyətinin sədri Fərid Hüseynov çıxışında bildirib ki, bankın əsas kadr aktivini məhz bu ali təhsil müəssisəsi təmin edir. Buna görə universitet ilə qarşılıqlı əlaqələrin artırılmasında maraqlı olduqlarını vurğulayıb.

Görüşün yekununda ADİU ilə “Bank of Baku” arasında “Əməkdaşlıq haqqında çərçivə razılaşması” barədə sənədin imzalanma mərasimi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR