Bakı. Fuad Cəfərov – APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Sabunçu rayonunda Maştağa qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 1981-ci il təvəllüdlü Qadir Adıgözəl oğlu Teymurov münaqişə zəminində həmyerlisi 34 yaşlı Vəfadar Səfalı oğlu Kəlbiyevi bıçaqlayıb. V. Kəlbiyev xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən Q. Teymurov tutulub.