Xızıda 8-ci sinif şagirdi Əfqanıstan müharibəsi veteranını qətlə yetirib - YENİLƏNİB - VİDEO

Xızıda 8-ci sinif şagirdi Əfqanıstan müharibəsi veteranını qətlə yetirib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 14 oktyabr 2014 10:22 (UTC +04:00)

Xızı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, qətli törədən Elnur Heybətovun 15 yaşı var və o, Xələc kənd orta məktəbinin 8-ci sinif şagirdidir. Qətlə yetirilən Xasməmməd Rəsulov isə Əfqanıstan veteranıdır.

Faktla bağlı Xızı rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

* * *

Saat 12:46

Bakı. Hafiz Heydərov - APA. Xızıda qətl törədilib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Xələc kəndində qeydə alınıb.

Kənd sakini Xasməmməd Rəsulovun bıçaqla qətlə yetirilmiş meyiti yaşadığı evdə tapılıb. Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş kənd sakini Elnur Heybətov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR