ABŞ-da baş verən silahı insident nəticəsində 4 hərbçi ölüb - FOTO - YENİLƏNİB-1 - VİDEO

ABŞ-da baş verən silahı insident nəticəsində 4 hərbçi ölüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB-1  - <span style="color: red;">VİDEO
# 16 iyul 2015 21:30 (UTC +04:00)

Bakı-APA. ABŞ prokurorluğu Tennessi ştatındakı silahlı insidenti terror aktı kimi qiymətləndirib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə prokuror Bill Killian bildirib.

Məlumata əsəsən, atəş açaraq ABŞ Hərbi-Dəniz Donanmasının 4 hərbi qulluqçusunu güllələyən şəxsin Çattanuqa sakini, 24 yaşlı Məhəmməd Yusif Əbdüləziz olması müəyyən edilib.

Hücum nəticəsində 3 nəfərin, o cümlədən 1 polis əməkdaşının yaralandığı bildirlilr.

Qeyd edək ki, hərbçilərə hücum edən şəxs məhv edilib.

***

23:33

Bakı-APA. ABŞ-da silahlı insident nəticəsində yaralanan 4 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Tennesi ştatının Çattanuqa şəhərində qeydə alınıb

Naməlum şəxs avtomobildən atəş açaraq ABŞ Hərbi-Dəniz Donanmasının 4 hərbi qulluqçusu və 1 polis əməkdaşını yaralayıb.

Son məlumatlara əsasən, hərbçilərə hücum edən şəxs polis tərəfindən məhv edilib.

***

22:13

Bakı – APA. ABŞ-da silahlı insident nəticəsində 5 nəfər yaralanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Tennesi ştatının Çattanuqa şəhərində baş verib

Naməlum şəxs atəş açaraq ABŞ Hərbi-Dəniz Donanmasının 4 hərbi qulluqçusu və 1 polis əməkdaşını yaralayıb.

Rəsmi mənbələr hadisə nəticəsində 5 nəfərin xəstəxanaya yerləşdirildiyini təsdiqləyib.

Atəş açan şəxsin kimliyi və motivi məlum deyil. Polis araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR