Paytaxtda iki minik avtomobili toqquşub - FOTO - VİDEO

Paytaxtda iki minik avtomobili toqquşub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 19 noyabr 2014 22:12 (UTC +04:00)

APA-nın məlumatına görə, Svetlana Məmmədova küçəsi ilə eyni istiqamətdə hərəkət edən "Tofaş"ın sürücüsü 23 yaşlı Altun Əlizadə qəfil idarəetməni itirib. O, maşını yolun solunda hərəkət edən 18 yaşlı İsmayıl Əliyevə məxsus "Honda"ya çırpıb.

Nəticədə hər iki avtomobil yolun əks istiqamətinə keçib. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillər yararsız hala düşüb. Hadisə yerinə Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsinin əməkdaşları gəliblər.

Qəzanın necə baş verdiyi yaxınlıqdakı "Təhlükəsiz şəhər" kameralarına baxıldıqdan sonra müəyyən olunacaq. Faktla bağlı Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR