Əfqanıstan talibləri Pakistanda hərbi məktəbə hücumu pisləyiblər

Əfqanıstan talibləri Pakistanda hərbi məktəbə hücumu pisləyiblər
# 16 dekabr 2014 22:08 (UTC +04:00)

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə hərəkatın nümayəndəsi Zabibulla Mücahid bildirib.

“Günahsız insanların, uşaqların, qadınların qəsdən qətlə yetirilməsi İslamın əsaslarına ziddir”, deyə Zabibulla Mücahid bildirib.

Qeyd edək ki, Əfqanıstan və Pakistan talibləri müttəfiqdirlər.

Taliban” silahlılarının Pakistanda hərbi məktəbə hücumu nəticəsində ölənlərin sayı 141 nəfərə çatıb.

APA-nın "Frans Press"ə istinadən verdiyi məlumata görə, ölənlərin əksəriyyəti kursantlardır.

Ölənlərdən 132 nəfər kursant, 9 nəfər isə müəllimdir.

Yerli hüquq-mühafizə orqanlarının taliblərə qarşı xüsusi əməliyyatı başa çatıb. Əməliyyat nəticəsində 9 nəfər silahlı şəxs zərərsizləşdirilib, 7 hərbçi yaralanıb.

Məlumata görə, silahlılar heç bir tələb irəli sürməyiblər və binaya daxil olan kimi şagirdləri qətlə yetirməyə başlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR