® “Rolls-Royce” Azərbaycanda ilk salonunu açır

<font color=red>® </font>“Rolls-Royce” Azərbaycanda ilk salonunu açır
# 30 oktyabr 2014 11:00 (UTC +04:00)

Bakı - APA-Economics. “Rolls-Royce Motor Cars” şirkəti böyük məmnuniyyətlə Azərbaycanda ilk “Rolls-Royce Motor Cars Baku” salonunun rəsmi açılışını elan edir.

Bakıda yerləşən yeni avtosalon “Rolls-Royce Motor Cars” şirkətinin Azərbaycanda rəsmi dileri və nümayəndəsi “Improtex Motors” MMM-in rəhbərliyi altında fəaliyyət göstərəcək.

Yeni 300 m² salonun açılışında “Rolls-Royce Motor Cars” şirkətinin baş icraçı direktoru Torsten Müller-Ötvös, “Improtex Motors” şirkətinin baş direktoru Həsən İsmayılov, “Rolls-Royce Motor Cars Baku”nun brend meneceri Əziz Əlizadə, görkəmli ictimai xadimlər, KİV nümayəndələri və digər qonaqlar iştirak edib.

“Mən salonumuzun Bakı kimi inkişaf edən şəhərdə açılmasından çox məmnunam. Regionda optimist təsir bağışlayan iqtisadi inkişaf və alıcılar tərəfindən dəbdəbəli məhsullara tələbatın ciddi artımı müşahidə olunur. Azərbaycanda artıq dayanıqlı bahalı məhsul bazarı formalaşıb və bir çoxlarının fikrincə, ölkə növbəti mərhələyə – dünya tələbatı imkanlarına keçməyə hazırdır”, - deyə T. Müller-Ötvös bildirib.

“Rolls-Royce Motor Cars” öz biznesini inkişaf edən bazarlarda sürətlə genişləndirməkdə davam edir və buna görə bizim Bakı kimi böyük potensiala malik olan şəhərdə yeni avtosalonumuzun açılışı tamamilə məntiqlidir. Bizim Azərbaycanda bir sıra uğur göstəricisi və yüksək müştəri loyallığı ilə seçilən “Improtex Motors” şirkəti kimi tərəfdaşımız var və mən onlarla uzunmüddətli və uğurlu əməkdaşlığa inanıram”, - deyə T. Müller-Ötvös əlavə edib.

“Improtex Motors” şirkətinin baş direktoru Həsən İsmayılov bildirib ki, şirkət “Rolls-Royce Motor Cars” kimi məşhur və premium brendini təmsil etməkdən qürur duyur: “Azərbaycan sürətlə dünya dəbdəbə mərkəzlərinin birinə çevrilir. Hamıya məlumdur ki, indiyədək heç bir “Rolls-Royce” avtomobil sahibi öz avtomobilindən narazı qalmayıb. Məhz bu səbəbdən biz Azərbaycanda super lüks etalonunu müəyyən etməyi planlaşdırırıq”.

Bakının mərkəzində yerləşən və xüsusi mühitə malik olan “Rolls-Royce Motor Cars Baku” salonunda 3 avtomobil yerləşə bilir. Salon öz ziyarətçilərinə xüsusi “Bespoke” xidmətini təklif edir - müştərilər sifariş proqramı çərçivəsində öz fərdi “Rolls-Royce” avtomobillərini yığa biləcəklər. Proqram 44 mindən artıq rəng palitrası və geniş dəri spektrinə malikdir. Avtosalondan “Rolls-Royce”un vətəni sayılan və Qudvudda (İngiltərə) yerləşən “Bespoke Studios”a birbaşa çıxış imkanı mövcuddur.

Əlavə məlumat:

Bütün press-relizlərimiz, fotoşəkillərimiz və yüksək həcmli videoçarxlarımızla bizim veb-səhifəmizin “PressClub”unda tanış ola bilərsiniz. Eyni zamanda, Siz “Rolls-Royce Motor Cars” komandası ilə “Twitter”də əlaqə yarada bilərsiniz.

Improtex Motors” haqqında:

Hazırda “Improtex Group” şirkətlər qrupu kimi tanınan “Improtex” şirkəti 1991-ci ildə yaradılıb. Fəaliyyəti dövrü ərzində bir çox xarici şirkətlərlə sıx əməkdaşlıq edən “Improtex Group” böyümüş və inkişaf edib.

“Improtex Group”un ən mühüm və sürətlə inkişaf edən strukturlarından biri “Improtex Motors” MMM-dir. 1998-ci ildə yaradılan “Improtex Motors” MMM Azərbaycan avtomobil biznesinin ilk şirkətlərindən biridir və əsas fəaliyyəti premium sinfi avtomobilləri ilə bağlıdır. Şirkət BMW, “BMW Motorrad”, MINI və “Rolls-Royce” kimi məşhur markaları özündə birləşdirən BMW AG konserninin Azərbaycanda rəsmi və eksklüziv idxalçısıdır. Hazırda şirkətin BMW AG konserninin bütün standartlarına tam cavab verən 5 şourum salonu (18, 15 və 6 avtomobil tutumu olan əsas sərgi və satış salonu, “Badamdar” və “Alpina”, “Rolls-Royce” və MİNİ salonları) mövcuddur.

“Improtex Motors” MMM – BMW AG konserninin rəsmi idxalçısı olduğuna görə, dünya bazarına təqdim edilən hər bir yeni modeli qısa müddətdə Azərbaycan avtomobil bazarına təqdim edir. Bundan başqa təqdim olunan hər bir yeni model möhtəşəm təqdimat mərasimi ilə müşayiət olunur.

Azərbaycan avtomobil sektorunda qabaqcıl şirkətlərində biri olan və artıq 16 il fəaliyyət göstərən “Improtex Motors” etibarlı şirkət kimi avtomobil bazarında özünü təsdiqləmiş və yüksək nüfuz qazanıb.

Mətbuat üçün əlaqə:


Yaxın Şərq, Afrika və Latın Amerikası

Camal Əl-Maved

+971 56 1717883

[email protected]

Azərbaycan

Nicat Mustafayev

+994 55 2551417

[email protected]

“Rolls-Royce Motor Cars Baku” salonunun ünvanı:

Ə. Əlizadə küçəsi, 5, Bakı, Azərbaycan, AZ1001

Tel: +994 12 4932574

Mob: +994 50 2454078

www.press.rolls-roycemotorcars.com

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR