Ombudsmanın nümayəndələri müvəqqəti saxlama yerlərinə və polis bölmələrinə başçəkmələr həyata keçiriblər

Ombudsmanın nümayəndələri müvəqqəti saxlama yerlərinə və polis bölmələrinə başçəkmələr həyata keçiriblər
# 18 sentyabr 2015 08:58 (UTC +04:00)

Bakı - APA. İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə, həmin idarənin 17 və 18-ci polis bölmələrinə, habelə Binəqədi RPİ-nin müvəqqəti saxlama yerinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçiriblər.


Ombudsman Aparatından APA-ya verilən məlumata görə, başçəkmələrdə MPQ-nin həkim üzvü də iştirak edib.

Saxlanılma şəraitinin araşdırılması məqsədilə MSY-lərin kameralarına baxışlar keçirilib, qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, gəzinti, görüş və telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılıb. MPQ üzvləri tərəfindən həmin müəssisələrdə 35-dən artıq saxlanılan şəxs fərdi qaydada qəbul edilib. Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyib.

Nərimanov RPİ-nin 17 və 18-ci polis bölmələrində saxlanılan şəxs aşkar edilməyib, sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Bu rayonların polis idarələrinin MSY-lərin rəhbərliyinə müvafiq qanunvericiliyə, o cümlədən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya qanununa, “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”na müvafiq şəkildə sənədləşmənin təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR