UEFA Serbiya - Albaniya oyunu ilə bağlı araşdırmaya başlayıb

UEFA Serbiya - Albaniya oyunu ilə bağlı araşdırmaya başlayıb
# 15 oktyabr 2014 20:25 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, Belqrad şəhərində baş vermiş qalamqala ali futbol qurumunun İntizam Komitəsi və etik instansiyası oktyabrın 23-də baxacaq.

UEFA hər iki ölkənin futbol federasiyasına qarşı intizam işi açıb. Bir gün öncə həm Serbiya, həm də Albaniya tərəfi ittihamlara cavab verəcəklər. Ertəsi gün isə ali futbol qurumu son qərarını çıxaracaq.

Qeyd edək ki, sözügedən matçın 44-cü dəqiqəsində pilotsuz helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı “Böyük Albaniya” bayrağı meydançaya endirilib. Ev sahiblərinin müdafiəçisi Stefan Mitroviç parçanı çəkmək istəyən zaman isə iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Daha sonra yerli azarkeşlər meydana daxil olub. Bu səbəbdən matçın baş hakimi Martin Atkinson oyunu yarımçıq dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR