Balakəndə oğurluq edən şəxsin evindən odlu silah və narkotik götürülüb

 Balakəndə oğurluq edən şəxsin evindən odlu silah və narkotik götürülüb
# 05 dekabr 2014 15:02 (UTC +04:00)

Balakən rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Şərif kənd sakini, 1988-ci il təvəllüdlü Hicran Nəriman oğlu Bağmanov yaşadığı evə pəncərədən girmək yolu ilə qızıl-zinət əşyalarının oğurlanması barədə Balakən RPŞ-ə yazılı surətdə müraciət edib. Aparılmış tədbirlər nəticəsində Hicran Bağmanovun evindən qızıl-zinət əşyalarını onun həmkəndliləri 1994-cü il təvəllüdlü Mahama Ramazan oğlu Qoqayev və 1974-cü il təvəllüdlü Nəriman Əli oğlu Mağlıyev tərəfindən oğurlanması müəyyən olunub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mahama Qoqayev və Nəriman Mağlayev saxlanılaraq istintaqa təhvil ediliblər. Nəriman Mağlayevin yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron və 97 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Balakən RPŞ-dən o da bildirilib ki, həbs edilənlərdən Nəriman Mağlıyev əvvəllər qanunsuz silahlı birləşmələrdə iştirak etdiyi üçün məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlanıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR