"Azərsun Holdinq": Aktaudakı Logistik Mərkəz gəlirli bir layihədir

"Azərsun Holdinq": Aktaudakı Logistik Mərkəz gəlirli bir layihədir
# 08 iyun 2015 14:13 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan və Qazaxıstan prezidentlərinin təşəbbüsü ilə Aktau şəhərində inşa olunacaq Logistik Mərkəzin tikintisi təşəbbüsü "Azərsun Holdinq"ə tapşırılıb.

"APA-Economics"in məlumatına görə, bunu "Azərsun Holdinq"in baş direktoru Savaş Uzan bildirib.

Onun sözlərinə görə, layihə üzərində işlər tam sürətlə davam etdirilir: "Bu müəssisə fəaliyyətə başlayandan sonra daha gəlirli olacaq. Onun hesabına Azərbaycandan kənd təsərrüfatı məhsullarını ixrac etmək daha da asanlaşacaq. Bu da birbaşa olaraq Azərbaycanın ixrac potensialını, xüsusilə də kənd təsərrüfatı məhsullarının ixracını genişləndirilməsinə imkan yaradacaq".

S. Uzan yeni Logistik Mərkəzin açılışında iki ölkənin dövlət başçılarının da iştirak edəcəyinə ümid edir: "Ümid edirik ki, bu layihələr iki ölkənin gələcəkdə iqtisadi əlaqələrinin möhkəmlənməsinə səbəb olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR