Lyublyanada Azərbaycan partizanlarının xatirəsi anılıb - FOTO

Lyublyanada  Azərbaycan partizanlarının xatirəsi anılıb - <span style="color: red;">FOTO
# 23 oktyabr 2015 03:32 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin və ölkəmizin Xorvatiyadakı diplomatik korpusunun birgə təşəbbüsü ilə İkinci Dünya Müharibəsi zamanı keçmiş Yuqoslaviyanın azadlığı uğrunda alman – faşizminə qarşı döyüşən Azərbaycan, Sloveniya, Xorvatiya partizanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfiri Qalib İsrafilov, Xorvatiyadakı səfirimiz Kamil Xasiyev, ölkəmizin Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev, Sloveniyanın keçmiş prezidenti Milan Kuçan, Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiç, Nova Qoritsa şəhərinin meri Matey Arçon, Nova Qoritsa şəhərinin yerli deputatları və Sloveniya ictimaiyyətinin tanınmış şəxsləri iştirak ediblər.

Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyevin verdiyi məlumata görə, anım mərasimində çıxış edən rəsmi şəxslər, ikinci dünya müharibəsi zamanı Azərbaycanın igid oğul və qızlarının keçmiş Yuqoslaviyanın alman faşizmindən azad edilməsində göstərdikləri qəhrəmanlıq şücaətindən söz açıblar. Tarixin bütün ağır dönəmlərində Azərbaycan xalqının digər xalqlarla çiyin-çiyinə durduğunu xatırlayan natiqlər, 1941-45-ci illərdə bütün dünyanı təhdid edən Hitler rejiminə qarşı Azərbaycan, Sloveniya və Xorvatiya partizanlarının apardıqları rəşadətli döyüş yolunun gələcək nəsillərə örnək olduğunu diqqətə çatdırıblar.

Sonra tədbirə qatılanlar ikinci dünya müharibəsi zamanı keçmiş Yuqoslaviyanın azadlığı uğrunda IX-cu korpusun tərkibində alman faşizminə qarşı döyüşən Azərbaycan, Sloveniya, Xorvatiya döyüşçülərinin dəfn edildiyi memorial kompleksin və əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin (Mixaylo) xatirə muzeyinin önünə güllər qoyaraq onların xatirəsinə ehtiramlarını bildiriblər. Tədbir iştirakçıları Mehdi Hüseynzadənin xatirəsinə sönməz hörmət və ehtiramlarını onun Şempas qəsəbəsində yerləşən xatirə muzeyinin və abidəsinin ətrafına ağaclar əkməklə çatdırıblar.

Tədbir çərçivəsində Azərbaycan, Sloveniya və Azərbaycan, Xorvatiya dostluq cəmiyyətləri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR