Rusiyada Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən fotomüsabiqəsinin yekunlarına həsr olunan tədbir keçiriləcək

Rusiyada Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən fotomüsabiqəsinin yekunlarına həsr olunan tədbir keçiriləcək
# 07 oktyabr 2015 14:46 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə “LETO AMOR” fotomüsabiqəsi keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hər il keçirilən fotomüsabiqənin məqsədi gənclərin yaradıcı inkişafına və həvəskar fotoqrafların peşəkarlığının artmasına kömək etməkdir.

AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev bildirib ki, oktyabrın 18-də “Moskva Hall” konsert zalında “LETO AMOR-2015” müsabiqəsinə yekun vurulacaq və qaliblər mükafatlandırılacaq. Onun sözlərinə görə, "Qaliblər beş nominasiya üzrə (“Bakı Yer üzündə ən yaxşı şəhərdir”, “Azərbaycan memarlığı: Qız qalasından “Flame Towers” qülləsinədək”, “Böyük şəhərdə idman”, “Şəhərlərdən uzaqlarda” və “EkoIDEA”) elan ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR