DSMF: “Özəl pensiya institutlarının lisenziyalaşdırılması məsələləri araşdırılacaq”

DSMF: “Özəl pensiya institutlarının lisenziyalaşdırılması məsələləri araşdırılacaq”
# 04 avqust 2014 13:48 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Qeyri-dövlət pensiya institutlarının fəaliyyəti ilə bağlı nəzərdən keçirilən dövlət tənzimlənməsinin bir forması kimi bu fəaliyyətin lisenziyalaşdırılması, habelə həmin institutların yaradılması və təşkili üzrə tələblərin müəyyən edilməsidir.

APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib.

E. Mehdiyev qeyd edib ki, Avropa İttifaqının ekspertlərinin fondların lisenziyalaşdırılması, onların yaradılması və təşkili üçün tələblər və digər bu kimi məsələlərlə bağlı araşdırmalarının nəticələri DSMF və Aİ-nin birgə layihəsi çərçivəsində hazırlanması nəzərdə tutulan qeyri-dövlət pensiya fondlarına dair qanunvericilikdə öz əksini tapacaq.

Həmçinin bildirilib ki, layihə çərçivəsində hazırda ölkəmizdə səfərdə olan Aİ-nin ekspertləri tərəfindən DSMF ilə, habelə müxtəlif dövlət orqanları, beynəlxalq təşkilatlar və sair qurumlarla çoxsaylı görüş keçirilməsi, eləcə də Azərbaycanda mövcud iqtisadi və demoqrafik vəziyyətin, qanunvericilik və maliyyə sisteminin öyrənilməsi, təhlili və digər araşdırma işlərinin aparılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR