Əkiz hamiləliklərin sayı niyə artır? - REPORTAJ - VİDEO

Əkiz hamiləliklərin sayı niyə artır? - <span style="color: red;">REPORTAJ  - <span style="color: red;">VİDEO
# 11 avqust 2014 14:53 (UTC +04:00)

Biologiya elmləri doktoru, genetik Elxan Rəsulov APA TV-yə müsahibəsində deyib ki, günümüzdə köməkçi artma texnologiyalar yəni - sonsuzluq, süni mayalanmanın inkişafı ilə bərabər birdən çox hamiləlik faizləri də artıb. Yuxarı yaşlarda, xüsusilə də 30-dan yuxarı yaşlarda bir çox hamiləlik ehtimalı daha çox müşahidə edilir: "Kişinin bir toxumu qadının bir yumurta hüceyrəsi ilə mayalanması zamanı əmələ gələn tam hüceyrə iki hüceyrəyə bölünür. Bu iki hüceyrənin hər biri ayrı-ayrılıqda bölünməyə başlayırsa, bu eyni yuymurta əkizi ilə nəticələnir. Yəni bir yumurta bir smermazoidlə mayalanır, bir tam hüceyrə əmələ gəlir, bu tam hüceyrə iki yerə bölünür və sonradan hər biri ayrı-ayrılıqda bölünərək özünün ayrı-ayrı cifti olur. Eyni yumurta ekizi belə əmələ gəlir".

Elxan Rəsulovun sözlərinə görə, birdən çox hamiləlik əsasən, iki hissəyə bölünür. Bir yumurta əkizləri və ayrı-ayrı yumurta əkizləri. Eyni yumurta əkizləri bir-birlərindən demək olar ki, az fərqlənirlər. Həm xarici görünüşlərinə, həm də xarakter oxşarlığına görə genetik cəhətdən eyni olur. Elxan Rəsulov deyir ki, müxtəlif yumurtadan olan əkizlər fərqli cinsdə dünyaya gələ bilər və bir-birlərinə oxşamaya bilərlər. Eyni yumurtadan olan əkizlərdən fərqli olaraq ayrı yumurtadan olan əkizlərdə daha çox genetik problemlər meydana çıxır: "Burda da da ekiz uşaq olur - ancaq fərqli. Yəni müxtəlifcinsli ola bilər . Bu əkizlər isə bir-birlərinə oxşamır. Oxşasalar belə, bir-birlərini təkrar etmir. Bunlar sadəcə bir ailənin uşaqları kimi bənzər olurlar. Yəni eyni yumurta əkizindən fərqli olaraq, bunlar bir-birlərinə az bənzəyir".

Əkizlərin əmələ gəlməsində genetik meyliliyin olduğunu deyən müsahibimiz bildirir ki, son zamanlar ekstrokorporal mayalanmadan çox istifadə edilir.

Ginekoloq Məhəmməd Qəmbərov isə deyir ki, son illərdə əkiz hamiləliklərin sayı artıb. Amma bunlar təbii yolla olan hamiləliklər deyil. Məhəmməd Qəmbərovun sözlərinə görə, hər 250-300 nəfər qadından birində təbii yolla əkiz hamiləliyə rast gəlinir. Həkim-ginekoloqun sözlərinə görə, əkiz hamiləlik normal hamiləlik kimi dəyərləndirilməməlidir.

Əkiz hamiləliklərin artma səbəblərindən danışan Məhəmməd Qəmbərovun sözlərinə görə, süni mayalanma və ya yumurtalıqda ovulyasiyanın artırıcı dərmanlarla aktivləşdirilməsi iki və daha çox əkizlərin yaranması ilə nəticələnir: "Dünyanın inkişaf etmiş ölkələrində isə süni mayalanma zamanı 35 yaşdan yuxarı qadınlarda tək yumurtadan yuxarı mayalanmaya icazə verilmir. Çünki hamiləlikdə yaş önəmlidir və əkiz hamiləlikdə risk amili böyük olur".

O ki qaldı valideynlərin arzusu nəzərə alınaraq, heç bir ciddi səbəb olmadan süni mayalanma vasitəsi ilə əkiz uşaqların dünyaya gəlməsinə, Məhəmməd Qəmbərov deyib ki, süni mayalanma prosedurunun özü asan deyil. Bu prosesə bəlli müdaxilələr var . Xəstənin risklə üz-üzə qalması bu zaman daha çox olur.

Məhəmməd Qəmbərov deyir ki, ikidən çox körpənin olduğu hamiləliklərdə adətən qeysəriyyə üsulu üstün tutulur. Bundan əlavə, nadir hallarda əkiz hamiləlik yaşamış qadın təkrarən əkiz hamiləlik yaşayır. Bu hal qadın üçün risklidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR