Əfqanıstandakı Azərbaycan sülhməramlılarının bir qrupu Vətənə qayıdıb - VİDEO

Əfqanıstandakı Azərbaycan sülhməramlılarının bir qrupu Vətənə qayıdıb - <span style="color: red;">VİDEO
# 01 may 2015 08:34 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 31 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR