Azərbaycanda e-imza almış şəxslərin sayı 12 minə çatıb

Azərbaycanda e-imza almış şəxslərin sayı 12 minə çatıb
# 03 may 2013 15:47 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda «Elektron hökumət» portalında (www.e-gov.az) qeydiyyatdan keçən istifadəçilərin ümumi sayı 13 mini ötüb, «elektron imza» (e-imza) vəsiqələri almış şəxslərin sayı isə 12 minə çatıb.

«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, bununla da qeydiyyat tələb edən xidmətlər üçün portalın potensial istifadəçilərinin sayı 25 mindən çox təşkil edib.

Cari ilin yanvar-aprel aylarında portalın xidmətlərindən yararlanmış qeydiyyatdan keçən istifadəçilərin sayı 9 232 olub, qeydiyyatsız xidmət istifadəçilərinin sayı isə identifikasiya olunmadığından nəzərə alınmayıb.

İstifadəçilərin yaş həddinə gəldikdə, yaş həddi 19-79 arasında dəyişir və bu da indidən portalın bütün yaş qruplarını əhatə etdiyini deməyə əsas verir.

Hesabat dövründə portalın qeydiyyatdan keçmiş istifadəçilərinin ümumilikdə istifadə etdikləri xidmətlərin sayı 72 minə yaxın olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR