İnquşetiyada 4 silahlı məhv edilib

İnquşetiyada 4 silahlı məhv edilib
# 08 aprel 2013 22:45 (UTC +04:00)

Bakı-APA. İnquşetiyada keçirilən xüsusi əməliyyat nəticəsində 4 nəfər silahlı məhv edilib. APA-nın məlumatına görə, bu barədə Rusiya Milli antiterror mərkəzi məlumat yayıb.

«Nazran rayonunun Dolakovo kəndində iki silahlı mühasirəyə alınıb. Onlar təslim olmaqdan imtina ediblər və başlayan atışma nəticəsində məhv olunublar... Qonşu evlərə keçirilən baxış zamanı xüsusi təyinatlılar odlu silahdan atəşə tutulublar... Xüsusi əməliyyat nəticəsində daha iki cinayətkar məhv edilib», deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR