Samuxda bıçaqlanan şəxs xəstəxanada ölüb

Samuxda bıçaqlanan şəxs xəstəxanada ölüb
# 17 oktyabr 2014 10:33 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. İki gün öncə Samuxda bıçaqlanan şəxs ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 15-də Samux şəhərində şəhər sakini Sirac Abbaszadə münaqişə zəminində qohumu Zabit Xəlilova bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən Z.Xəlilov ölüb.

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində S.Abbaszadə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR