Luke Montebello: “Qarabağ”a uduzmaq fikrimiz yoxdu”

Luke Montebello: “Qarabağ”a uduzmaq fikrimiz yoxdu”
# 15 iyul 2014 14:42 (UTC +04:00)

Bakı – APA. “Əlbəttə, “Qarabağ” cütün favoritidi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Valletta” klubunun hücumçusu Luke Montebello deyib.

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Malta təmsilçisinin futbolçusu ən azından yaxşı oyun göstərmək istədiklərini bildirib: “Nəticə qazanmaq üçün “döyüşəcəyik”. Futbol elə bir oyundu ki, rəqib nə qədər güclü olsa da, hər zaman şans qalır. Bizim də şansımız var. Rəqibin bir neçə oyununa baxmışıq. Heyətində kifayət qədər fərdi keyfiyyətləri yaxşı olan futbolçular var. Adları yadımda qalmasa da, güclü oyunçular olduğu məlumdu. Çətin olacaq, amma bizim rahat uduzmaq fikrimiz yoxdu”.

Montebello komandasında olan zədəli futbolçulardan da danışıb: “Zədəli futbolçularımız bizim üçün önəmlidi. Onların oyunqabağı zədələnməsi problem olacaq. Çalışacağıq ki, bunu hiss etdirməyək. Hər halda, istədiyimizə nail olacağımıza inanıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR