Bank Of Baku

QHT nümayəndələri Günərzi mərkəzindəki xidmətlərlə tanış olublar

QHT nümayəndələri Günərzi mərkəzindəki xidmətlərlə tanış olublar
# 29 sentyabr 2026 14:27 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sabunçu Günərzi Qayğı Mərkəzinə QHT nümayəndələrinin infoturu təşkil edilib.

ƏƏSMN-dən APA-ya verilən məlumata görə, infotur iştirakçıları mərkəzdə uşaqlar üçün yaradılmış şəraitlə və göstərilən xidmətlərlə yaxından tanış olublar.

"Qonaqlara məlumat verilib ki, Agentliyin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 4 daimi günərzi qayğı mərkəzi fəaliyyət göstərir. Onların məqsədi əlilliyi olan uşaqların psixososial reabilitasiyasına, onların sosial bacarıqlarının inkişafına və cəmiyyətə inteqrasiyasına dəstək göstərmək, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısını almaq, ailələrini zəruri sosial xidmətlərlə təmin etməkdir. Mərkəzə qəbul olunan uşaqlar həftənin 5 günü, saat 09:00-dan 18:00-dək sosial-məişət, tibbi-sosial, sosial-psixoloji və sosial-pedaqoji xidmətlərlə təmin olunurlar. Bununla yanaşı, valideynlərə uşaqlara qulluq bacarıqlarının artırılması, onların ehtiyaclarının düzgün müəyyənləşdirilməsi və inkişafının dəstəklənməsi ilə bağlı məsləhət xidmətləri göstərilir, müxtəlif təlim proqramları təşkil olunur", - məlumatda qeyd edilib.

Bildirilib ki, infotur çərçivəsində iştirakçıların sualları cavablandırılıb. Onların mərkəzin fəaliyyəti, göstərilən xidmətlər və xidmətlərin inkişaf etdirilməsi ilə bağlı rəy və təklifləri dinlənilib.

Qeyd edilib ki, mərkəzlərin xidmətlərindən yararlanmaq istəyən şəxslər Agentliyin yerli qurumlarına və DOST mərkəzlərinə ərizə ilə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR