Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 25 Sentyabr - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 25 Sentyabr - <span style="color: red;">VİDEO
# 25 sentyabr 2015 17:02 (UTC +04:00)

İŞİD-ə qarşı koalisiyada iştirak etmək təklifi Rusiyanın son bəhanəsini əlindən almaq məqsədi daşıyır. Vaşinqton öz təklifində səmimi olsa belə, Moskvanın bu təklifə “hə” deyəcəyinə inanmır. O zaman Obama administrasiyası niyə Kremlə bu təklifi götürür? Çünki yaranmış gərginliyə rəğmən Ağ Evlə Kreml arasında əməkdaşlıq müstəvisi yox deyil. Tərəflərin müzakirə edə biləcəyi, hətta ortaq məxrəcə gələ biləcəyi məsələlərdən biri İrandır. İran Rusiyanın əbədi-əzəli müttəfiqidir, ABŞ isə artıq İrana əməkdaşlıq qapılarını açıb. Bu mənada İran Qərblə Rusiya arasında gərginliyi aradan qaldırmaqda vasitəçilik edə bilər. Münasibətlərdə ziddiyyətlərə rəğmən hər üç tərəfin ortaq tərəfi, daha doğrusu ortaq düşməni var - İŞİD. ABŞ özünün yaratdığı, lakin sonradan nəzarətdən çıxan İŞİD faktorunu aradan qaldırmaq istəyir. Rusiya İŞİD-i öz təhlükəsizliyi üçün təhdid hesab edir və Suriyaya hərbi yardımları bu təhdidlə əsaslandırır. İranın İŞİD-ə olan münasibəti hər kəsə məlumdur. Göründüyü kimi, ABŞ-İran münasibətlərinin normallaşmağa başlaması bölgədə köhnə düşmənləri dost edə biləcək maraqlar formalaşdırıb və bu mənada Ağ Evin Kremlə İŞİD-ə qarşı birgə mübarizə aparmaq təklifinə sıradan hadisə kimi baxmaq olmaz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR