Parisdə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi keçiriləcək

Parisdə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi keçiriləcək
# 20 aprel 2015 08:51 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Aprelin 21-də Parisdə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbir UNESCO İcraiyyə Şurasının Plenar Sessiyası çərçivəsində baş tutacaq.

Sessiyada UNESCO-nun baş direktoru İrina Bokova, UNESCO Baş konfransı və İcraiyyə Şurasının prezidentləri və UNESCO-ya üzv ölkələrin səfirlərinin iştirak edəcəklər.

Tədbir çərçivəsində “Bakı prosesi” barədə xüsusi sərgi təşkil olunacaq, Azərbaycanın mədəniyyət və turizm imkanları nümayiş etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR