Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində qazilərimiz səmərəli reabilitasiya xidmətləri ilə təmin edilirlər.
Bu barədə APA-ya ƏƏSMN-dən məlumat verilib.
"Peşəkar həkim komandası tərəfindən və sınanmış reabilitasiya üsullarının tətbiqi əsasında aparılan işlər müsbət nəticəsini verir. Son iki aya yaxın dövrdə müharibə ilə əlaqədar əlilliyi olan daha 120-dən çox şəxsin reabilitasiya potensiallarının reallaşdırılmasına nail olunub.
Tarixi Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonrakı dövrdə qazilərimizdən 450-dək şəxs əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyublar. Hazırda digər qazilərimizin reabilitasiyası istiqamətində işlər davam etdirilir", - məlumatda qeyd edilib.