Fətullah Gülən haqqında həbs qərarı verilib - VİDEO

Fətullah Gülən haqqında həbs qərarı verilib - <span style="color: red;">VİDEO
# 19 dekabr 2014 13:52 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Türkiyə hökumətinə yaxın “Sabah” qəzetinin saytında məlumat verilib.

Məlumatda bildirilir ki, F. Gülən haqqında “terror təşkilatına liderlik etmək” ittihamı əsasında həbs qərarı çıxarılıb.

Xatırladaq ki, dekabrın 14-də həyata keçirilən əməliyyat zamanı Türkiyə polisi nurçuların media orqanlarının bəzi rəhbərləri və əməkdaşlarını, eləcə də bu cərəyanın nümayəndələri olan bəzi keçmiş polis rəislərini saxlayıb.

Qeyd edək ki, 1941-ci il təvəllüdlü Fətullah Gülən 1999-cu ilin martından ABŞ-ın Pensilvaniya ştatında yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR